Nokia 8-in ilk görüntüsü ortaya çıxdı

Day.Az представляет новость на азербайджанском языке

Hələki rəsmi anonsu olmayan Nokia 8 modelinin ilk videoları sızdırılıb.

Sözügedən modelin, MWC 2017 tədbirində anons olunacağı gözlənilir. Lakin bunun əvəzinə CES 2017-də Nokia 6 cihazı təqdim olunmuşdu. O, flaqman hesab olunmasa da diqqətləri cəlb edə bildi. Həmin smartfon hələki Çin bazarı üçün nəzərdə tutulub. Digər adı Nokia Supreme olan Nokia 8 modeli daha maraqlı olmağa iddialıdır.

Smartfon iki versiyada təqdim olunacaq. Onlaran biri Snapdragon 821 prosessoru və 4 GB RAM, digəri isə Snapdragon 835 prosessoru və 6 GB RAM ilə təchiz olunacaq. Məlumata əsasən Nokia 8-in əsas versiyası ya 64 yadaki 128 GB daxili yaddaşa (microSD dəstəkli) sahib olacaq.

Smarfonun sahib olacağı 24 MP-lik arxa kamera isə elektron və optik stabilizasiya xüsusiyyətini özündə birləşdirəcək. Ön kamera isə 12 MP olacaq.

qaynarinfo.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Новый флагман Nokia попал на видео