Tünzalə Ağayeva həmkarlarını tənqid etdi: "Evdə övladlarınıza yazığınız gəlsin"

Day.Az представляет новость на азербайджанском языке

"İnsan özü nədirsə, işləri də elədir. Boş şeylə məşğul olursa, özü də boşdur. Özünə hörmət edən insan nalayiq sözlər danışmaz, hər kəsə pozitiv baxar".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Tünzalə Ağayeva "Xəzər maqazin"ə açıqlamasında deyib.

Müğənni şou-biznes nümayəndələrini tənqid edib və hər kəsi qalmaqaldan uzaq olmağa çağırıb:

"Ailəli tanınmışlara müraciət edirəm, evdə övladlarınıza yazığınız gəlsin. Biz yaxşı məhsul verməsək, gənclər batır, zövqü korlanır. Ciddi ifaçılarımız çox olsa, estradamız, şou-biznesimiz daha keyfiyətli olar.

Hər kəs öz peşəsi ilə məşğul olmalıdır. Keyfiyətli musiqi arxasınca qaçmaq lazımdır. 20 il bundan qabaq vaxtın tez-tez getməsi məni narahat etmirdi, amma indi hər saniyəmin dəyərini bilmək istəyirəm. Daha aktiv olmaq, faydalı nələrsə etməyə çalışıram".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.