Azərbaycanda tətbiq olunan elektron imza Avropa İttifaqı ölkələrində tanınacaq

14 января 2017 13:13

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycanda tətbiq olunan elektron imza Avropa İttifaqı (Aİ) ölkələrində tanınacaq".

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rəqəmsal Avstriya Platformasının xüsusi nümayəndəsi Kristian Rup deyib.

Onun sözlərinə görə, Şərq tərəfdaşlığı çərçivəsində elektron imzaların qarşılıqlı tanınması məsələləri ilə məşğul olacaq işçi qrupu yaradılacaq.

K.Rup qeyd edib ki, bu ölkəyə səfərinin məqsədi Avstriyada e-imza, e-xidmətlər, kibertəhlükəsizlik sahələrində həyata keçirilən işlərin Azərbaycanda təqdim olunması, eyni zamanda, bu texnologiyaların tətbiq olunması üsullarının müəyyən olunmasıdır.

Azərbaycanda elektron imza və elektron sənəd dövriyyəsi barədə qanunların olduğunu ifadə edən K.Rup əsas məsələnin bu xidmətlərin daha da təkmilləşdirilməsindən ibarət olduğunu deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.