Tovuzda mikroavtobus qəzaya uğradı: yaralılar var

Day.Az представляет новость на азербайджанском языке

Tovuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Day.Az report-a istinadən xəbər verir ki,  "Ford" markalı sərnişin mikroavtobusu "QAZ-21" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində bir ailənin 3 üzvü - Mehman Məmmədov, Nazxanım və Təranə Məmmədovalar müxrəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, yaralılardan N.Məmmədovanın vəziyyəti ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.