Brilliantdan Abbasa: "Barışmıram"

14 января 2017 13:35

Day.Az представляет новость на азербайджанском языке

Xalq artisti Brilliant Dadaşova uzun müddətdir küsülü olduğu əməkdar artist Abbas Bağırovun barışıq addımına cavab verib.

Axşam.az-ın məlumatına görə, müğənni "Xəzər maqazin"ə açıqlamasında bildirib ki, nə olsa da, qəlbindəki inciklik keçməyəcək:

"Həmişə barışıq olsun. Heç kimdən küsmürəm, ona görə də barışmıram. Özləri küsüb, özləri də barışırlar. Nə söz atın, nə küsün, nə də barışıq addımı atın. Abbas da gözəl musiqiçidir, istedadlıdır. Çox səhvləri var. Amma mən özümdə səhvləri görürəm. Oxuduğum mahnılara qulaq asa bilmirəm, çünki səhv eşidirəm. Əgər özümdə səhv görürəmsə, görün başqasında nələr tapıram. Ona görə də kiminsə haqqında nə danışım, necə tərifləyim? 

Onun açıqlaması mənim üçün heç nəyi dəyişdirmir. Oxuya biləni də, bilməyəni də sənət dostum hesab edirəm. Reytinq xətrinə dava etməyə dəyməz. Aqressiya yaxşı deyil. İnsanları çox sevirəm. Ona görə də bəzi şeyləri görəndə məyus oluram, sonra da qəlbim düzəlmir. Mən də beləyəm, nə edim?"

Qeyd edək ki, A.Bağırov B.Dadaşova haqqında bunları demişdi:

"Brilliant xanım yaxşı bilir ki, onun sənətinə də, mahnılarına da hörmət edirəm. Yaxşı musiqidən bəhrələnmək pis deyil. Onu dinləmişəm, dinləyirəm də. Bizim birliyimizi görsələr, sevməyənlər bizdən uzaq olacaqlar".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.