ELMİ ARAŞDIRMA: Bu tarixdə kişi cinsi tamamilə yox olacaq və...

14 января 2017 13:57

Day.Az представляет новость на азербайджанском языке

Dünya qitələri 250 milyon il sonra tektonik sürüşmələr nəticəsində birləşəcək.

Day.Az publika.az-a istinadən xəbər verir ki, bu nəticəyə ABŞ-ın Yel Universiteti və Yaponiyanın Dəniz və Yer Elmləri Texnologiya İnstitutunun alimləri gəliblər.
Alimlərin hazırladığı hesabata görə, Yer səhtindəki sürüşmələr nəticəsində Asiya ilə Afrika, Şimali Amerika ilə Cənubi Amerika qitələri birləşəcək. Bundan başqa, Asiya və Amerika qitələri arasındakı Berinq boğazı aradan qalxacaq və iki qitə şimaldan birləşəcək. Aralıq dənizi kiçik bir daxili dənizə çevriləcək, Türkiyə torpaqları "Amasiya" adı verilən yeni qitənin daxili hissəsində qalacaq. Bir sözlə, indiki Türkiyə torpaqları ən yaxın dənizlərdən minlərlə kilometr uzaqda olacaq.

Araşdırmaların nəticələrinə görə, 50 min il ərzində Eri gölünün yox olması ilə Niaqara şəlaləsi itəcək. Alimlərin proqnozlarına görə, 5 milyon il sonra isə Y xromosomu getdikcə zəifləyəcəyi üçün kişi cinsi tamamilə yox olacaq.
Bir milyard il sonra isə Günəş indikindən 10 qat daha isti olacaq və bu, bütün insan irqinin məhvi ilə nəticələcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.