Oğru qardaşlardan daha biri saxlanıldı - gördüyünü götürürmüş

Day.Az представляет новость на азербайджанском языке.

Suraxanı rayonu "2-ci mədən" adlanan ərazidə yaşayan sakinlər yük avtomobillərinin akkumulyatorlarının oğurlanması ilə bağlı rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət ediblər.

ARB TV xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 22 yaşlı Atabəy Abdullayev saxlanılıb.

Əslən Bərdə rayonundan olan Atabəy uşaqlıqdan ailəsi ilə birlikdə paytaxtın Suraxanı rayonunda yaşayır. Elə xoşagəlməz əməli törətməkdə uzağa getməyi lüzum görməyərək sözü gedən ərazini seçib.

Atabəy Abdullayev - saxlanılan şəxs: "Suraxanı ərazisindən götürmüşəm. 2 akkumulyator götürmüşəm. Açıram qapaqlarını, kəlbətinlə kəsib götürürəm. Daşıyıram bir qırağa. Maşınla götürüb çıxıram. Sabahı gün aparıb satmışam. Gedib zavoda vermişəm. 325 manat pul götürmüşəm".

İstintaq zamanı Atabəyin daha bir cinayət əməlinin üstü açılıb. Məlum olub ki, o, Qaradağ rayonunun Qızıldaş qəsəbəsi adlanan ərazidən də oğurluq edib.

Atabəy Abdullayev - saxlanılan şəxs: "Yol gedirdim. Yol gedəndə görürdüm ki, maşın var, kəlbətini götürüb gedirdim. Akkumulyatoru götürüb, "KamAZ"dan uzaqlaşdırıb gizlədirdim. Onları da götürüb başqasına satmışam. Onu ucuz satıb 300 manat pul götürmüşdüm".

Bu Atabəy Abdullayevin ilk cinayəti deyil. Əvvəllər Neft Daşlarına aid olan ərazidən dəmir oğurladığı üçün cinayət məsuliyyəti daşıyıb.

Artıq Suraxanı Rayon Polis İdarəsi 4 qardaşdan 2-sinin məhkum olduğu Abdullayevlər ailəsində 3-cü qardaşın da barəsində cinayət işi başladıb, istintaq aparır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: