Cəlilabad yolunda qorxunc mənzərə: torpaq qatı yola doğru gəlir

14 января 2017 15:36

Day.Az представляет новость на азербайджанском языке.

Cəlilabadda sürüşmə zonalarında aktivlik son günlər yenidən artmağa başlayıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun 10-dan artıq kəndini birləşdirən Cəlilabad-Cəngan-Soltankənd  avtomobil yolu boyu təpəlik ərazilərdə iri torpaq layları sürüşmənin təsirindən qoparaq tədricən yola doğru hərəkət edir.
 
Bundan başqa, sözügedən avtomobil yolunun yamaclardan keçən hissələrində də yol yatağının sürüşməsi burada yol üzərində iri çatların yaranmasına gətirib çıxarıb. Yolun bəzi hissələrində asfalt qatı tamamilə çöküb. Nəticədə avtomobil yolunun hərəkət hissəsi xeyli daralıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.