Avtomobil magistral qaz kəmərinin dirəyinə çırpıldı: yaralılar var

Day.Az представляет новость на азербайджанском языке.

Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Çılpaqlı qəsəbəsində olub.
 
Salyan rayonunun Çadırlı kənd sakini, 1984-cü il təvəllüdlü Muradov Rahil Balaməmməd oğlunun idarə etdiyi "Mitsubishi" markalı avtomobil magistral qaz kəmərinin dirəyinə çırpılıb. Nəticədə avtomobildə olan Çadırlı kənd sakini, 1957-ci il təvəllüdlü Muradova Gülbar Qasım qızı, 2014-cü il təvəllüdlü Muradova Səma Zahir qızı və sürücü Muradov Rahil Balaməmməd oğlu Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
 
Reanimasiya şöbəsinə yerləşdirilən G. Muradovanın vəziyyətinin ağır olduğu bildirilir.
 
Faktla bağlı Şirvan Rayon Polis şöbəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.