Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alanlar var

Day.Az представляет новость на азербайджанском языке.

Bakı-Qazax magistralının Hacıqabul rayonunun ərazisində keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Pajero" markalı avtomobil rayonun Padar kəndi ərazisində hərəkətdə olarkən yoldan çıxaraq aşıb.
 
İlkin məlumata görə, nəticədə bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Şirvan Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.