Azərbaycanlılar "O səs Türkiyə"dən belə ayrıldılar

Day.Az представляет новость на азербайджанском языке.

TV8-də yayımlanan "O səs Türkiyə" müsabiqəsinin ikinci tur mərhələsi davam edir.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, iştirakçıları qruplaşdıraraq öncə onlar arasından ikisini seçərək duelə çıxaran münsiflərdən Gökhan-Hakan qardaşları növbəti dəfə seçim edib.

Onların 6 nəfərlik qrupunda Gülpəri Evliyaoğlu, Erdal Bayraqoğlu ilə yanaşı azərbaycanlı iştirakçılar Zerrin Mahmudoğlu, İlham Nəzərov, Gülşən İbadova Zülfü Əsədzadə yer alıb.

Qardaşlar duelə çıxmaq üçün Erdal Bayraqoğlu ilə Gülpəri Evliyaoğlunu seçib. Dörd azərbaycanlı iştirakçı ikinci tura keçməyib.

Qeyd edək ki, müsabiqədən uzaqlaşdırılan azərbaycanlı iştirakçılar bir müddət öncə mətbuata açıqlama verərək onlara qarşı haqsızlıq və qərəz olduğunu bildirmişdilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanlılar