Bakıda quyuya düşən şəxs çıxarıldı

Day.Az представляет новость на азербайджанском языке.

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Milli.Az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşı quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:40-da başa çatıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.