Qərar dəyişdi - Məhdudlaşdırma təxirə salınır

Day.Az представляет новость на азербайджанском языке

Milli.Az xəbər verir ki, "Azəravtoyol"un yanvarın 15-də yaydığı məlumata görə, Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Nəriman Nərimanov küçəsi yenidən qurulur. Bu işlər çərçivəsində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti 16 yanvar 2017-ci il tarixindən etibarən məhdudlaşdırılacaqdı.

Lakin qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bu gün bildirib ki, işlər bir müddətə təxirə salınıb: "Yasamal rayonu Nərimanov prospektində hərəkətin məhdudlaşdırılması "20 yanvar - Ümumxalq hüzn günü" ilə əlaqədar ətraf ərazilərdə sıxlığın yaranmasının qarşısını almaq məqsədi ilə təxirə salınıb. Məhdudlaşdırma 21 yanvar tarixindən tətbiq ediləcək".

Qeyd edək ki, aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastruktur yaradılacaq. Prospektin hərəkət hissəsinin hazırki eni 7 metr təşkil edir. Layihəyə əsasən 2 - 5 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 7 - 17.5 metrə çatdırılacaq. Hər iki istiqamət üzrə 2 - 3 metr enində səkilər də nəzərə alınmaqla yolun ümumi eni 11 - 23.5 metr təşkil edəcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.