Evlərin üstünə düşən təyyarəni general idarə edirmiş

Day.Az представляет новость на азербайджанском языке

Ötən gecə Qırğızıstanın paytaxtı Bişkekdə "Manas" aeroportu yaxınlığında uçuş-enmə zolağına çatmayaraq yaşayış evlərinin üzərinə düşən "Boeing 747-400" yük təyyarəsinin komandiri Türkiyə Hərbi Hava Qüvvələrinin istefada olan generalı Kazım Öndül idarə edirmiş.

Day.Az virtualaz.org-a istinadən xəbər verir ki, general Kazım Öndül hərb karyerası olduqca uğurlu olan pilot olub. O, polkovnik rütbəsində Əfqanıstanda xidmət edib. ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonu Əfqanıstanın Baqram aviabazasında qarşılayıb, Hillari Klinton sonradan onun barəsində "olduqca peşəkar türk hərbçisi, pilotu" ifadələrini işlədib. Keçirdiyi mətbuat konfransında ona təşəkkür edib.

Habelə Kazım Öndül Türkiyə silahlı qüvvələri Baş qərargahının rəisi olmuş İlkər Başbuğ tərəfindən Akıncı aviabazasında 2008-ci ildə mükafatlandırılıb. Təyyarənin digər pilotu, istefada olan mayor Gürcan Diranci da hərbi hava qüvvələrinin mənsubu olub, Əfqanıstana uçuşlar həyata keçirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.