Ankarada xüsusi əməliyyat

Day.Az представляет новость на азербайджанском языке

Ankara Cumhuriyyət Baş Prokurorluğu tərəfindən FETÖ-yə qarşı aparılan istintaq tədbirləri çərçivəsində paytaxtda ədliyyə sahəsində çalışan 32 nəfər haqqında saxlanılma qərarı verilib.

Day.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 32 nəfərdən 25-i saxlanılıb, 7 nəfərin axtarışı isə aparılır.

Şübhəlilərin mobil telefonlarında FETÖ-yə üzv şəxslərin təşkilatdaxili əlaqə üçün işlətdikləri "ByLock" proqramı olduğu aşkarlanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.