Azərbaycanlı musiqiçi xanımı ilə Parisdə konsert verəcək

Day.Az представляет новость на азербайджанском языке

Tanınmış musiqiçilər Yusif Eyvazov (tenor) və Anna Netrebko (soprano) fevralın 27-də Paris Filarmoniyasında konsert proqramı ilə çıxış edəcəklər.

Day.Az axşam.az-a istinadən bildirir ki, bu haqda ifaçının rəsmi saytında yazılıb. 

Konsertin proqramına Cüzeppe Verdi, Umberto Cordano, Cakomo Puççini, Rucero Leonkavallo və başqa bəstəkarların əsərləri daxildir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.