Qadının təzyiqi gələcək uşağın cinsinə təsir edir

Day.Az представляет новость на азербайджанском языке

Maunt Sinay (ABŞ) hospitalında çalışan alimlər araşdırmalar nəticəsində belə qərara gəliblər ki, qadının təzyiqi gələcək uşağın cinsinə təsir edir.

Belə ki, təzyiqi yüksək olan qadınlarda daha tez-tez oğlanlar, təzyiqi aşağı olan qadınlarda isə qızlar doğulur.

Day.Az saglamolun.az-a istinadən bildirir ki, araşdırmada 1411 hamiləliyi planlaşdıran qadın iştirak edib. Qadınların təzyiqi hamiləlikdən əvvəl və hamiləlik zamanı daim ölçülürdü. Məlum olub ki, eksperimental qrupda hamiləlikdən əvvəl və hamiləlik zamanı təzyiqi yuxarı olan qadınlarda əksər hallarda oğlanlar doğulub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.