Bu insanlar özlərini su pərisi sanırlar: amma əslində onlar...

Day.Az представляет новость на азербайджанском языке

Keytlin Nilsen hələ uşaq olanda su pərisinə çevrilməyi arzulayırdı.

Universiteti bitirən və biologiya üzrə mütəxəssis olan Keytlin 2015-ci ildə işini atdı və arzusunu gerçəkləşdirmək üçün bütün gününü xəyallarına verdi.

Milli.Az Barcroft-a istinadən bildirir ki, 32 yaşlı Keytlin indi özünü "merfolk" adlandıran insanlardan biridir.

O, "Su Pəriləri Cəmiyyəti"nin lideridir.

Keytlin Nilsenin dediyinə görə, rəfiqəsi Tessi LaMure də su pərisi olmağı arzuladığından ona qoşulub.

Keytlin indi "Kayena" kimi tanınır və özünü su pərisi sayır. Üstəlik o, rezindən, silikondan və plastikdən su pərisi quyruqları hazırlayır.

"Bu quyruqlar protez ayaqlar təkidir. Çox rahatdır. Hazırladığım silikon və rezin quyruğu taxanda özümü su pərisi kimi hiss edirəm. Hələ zarafat da edirəm ki, ayaqlarım şikəst doğulduğum üçün protezdən yararlanıram. Quyruğum olmayanda özümü narahat hiss edirəm. Sanki ayaqlarım qəflətən çıxıb. Yeriməkdə belə, çətinlik çəkirəm", - K.Nilsen söyləyib.

Dəyəri 3500 dollara çatan silikon quyruqları geyinərək hovuzda, dənizdə çimən və özlərini "su pərisi" adlandıran adamların sayı ABŞ-da sürətlə artır.

Onlar "merfolk"ların forumu olan "Mernetwork"da təmas saxlayır, aksiyalarını planlaşdırırlar.

Ötən il dünyanın müxtəlif ölkələrindən yüzlərlə insan Şimali Karolina ştatındakı Qrinsbor şəhərinə, ən böyük "MerMania" konvernetinə yığışmışdılar.

"Quyruqlu", makiyajlı insanlar Olimpiya üzgüçülük hovuzunda saatlarla vaxt keçiriblər, üzüblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bu insanlar özlərini su pərisi sanırlar