Oğul anası olan müğənni süd üçün 10 kq xurma sifariş verdi

Day.Az представляет новость на азербайджанском языке

Ötən həftə oğul anası olan müğənni Gülşən südü artırmaq üçün 10 kq xurma sifariş verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni yaxın dostu və sağlam qidalanma məsləhətçisi Şeyda Coşqundan xurma istəyib. Şeyda Coşqun isə Ümrə səyahətinə gedənlərə 10 kq təzə xurma sifariş verib.

Xatırladaq ki, xalq arasında təzə xurma yeni doğulan qadınlar üçün çox faydalı olması və südü artırıcı təsiri ilə tanınır.

Qeyd edək ki, müğənninin həyat yoldaşı Ozan Çolakoğlu atalıq hisslərini belə ifadə etmişdi: "Körpə ikimizə də bənzəyir. Benan adını anası qoyub, Azur isə mən qoydum. Çox sevdiyim bir addır. Göy mənasını verir. Doğuşa girdim, doğulduğu anda özümü saxlaya bilməyib ağladım. 9 ay ərzində qarında sonra qarşınızda görürsünüz, çox qəribə bir duyğudur. Həkim nəzarətinə getmişdik. O, bizi daha çox intizarda saxlamadı. Elə bilirdik ki, qeysəriyyə əməliyyatı olacaq, amma normal doğuşa girdi. Mən özümü itirdiyim üçün Gülşənə çox diqqət etmədim. Maşallah qədd-qamətli kimi bir uşaq. Əgər oğlumu qoyub studiyaya gedə bilsəm, Benan üçün mahnı yazacam. Vətənə millətə xeyirli övlad olsun inşallah"

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.