Terrorçunun evindən çıxdı - Polisləri çaşdıran türkcə yazılmış QEYD

Day.Az представляет новость на азербайджанском языке

Terror hücumundan 17 gün sonra Esenyurtdakı bir mənzildə tutulan "Reina" təcavüzkarının qaldığı evdən ilk görüntülər yayılmaqdadır.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, polisin evdə təxminən 6 saat davam edən araşdırmasının ardından ev mətbuat nümayəndələrinə göstərilib.

Təcavüzkarın qaldığı evdə diqqət çəkən detallar var ...

"Reina"ya hücum edən terrorçu "Əbu Məhəmməd Əl Xorasani" kod adlı terrorçunun da sıralarında olduğu 3-ü qadın olmaqla, 5 nəfərin tutulduğu Esenyurtdakı mənzilin otaqlarında yataq, divan və bir neçə şkafdan başqa ev əşyasına rast gəlinməyib. Otaqlarda qadın paltarları başda olmaqla, çoxlu sayda geyim əşyası, mətbəxdəki yemək, içki qabları da diqqətdən yayınmayıb.

MOBİL TELEFON aksesuarları və BOŞ SİM KARTLAR

Evdə boş yumurta paketləri və boş litrlik su qabları bir küncdə toplanıb. Evdə diqqət çəkən başqa bir şey də mobil telefon aksesuarları ilə bir neçə SİM kart olub.

"Reina" terrorçusu Abdulkadir Maşaripovun tutulduğu evdə televizorun olmaması görənləri təəccübləndirən məqamlardandır. 

Az qala 1 ay əvvəl edilən bazarlığın tullantılarının evdə toplanaraq saxlanılması tez-tez çölə çıxmadıqlarını göstərib. Soyuducuda dondurulmuş toyuqla bərbarər artıq rəngi dəyişən meyvələrə də rast gəlinib.

Evin bütün otaqlarında tül yerinə tünd parça asılması da görünməmək üçün atdıqları növbəti addımlardan biri olub.

Çölə çıxmamaq üçün çox sayda ehtiyat lampa belə alıblarmış. Bir şkafda olan 5 əvəzləyici ampul da diqqət çəkib.

Əməliyyat zamanı evin müxtəlif hissələrindən 197 min ABŞ dolları, Liviya və İraq pulları, saxta avrolar tapılıb. Göz linzaları və "Sən çox dəlisən" yazılı bir qeyd diqqət çəkən detallardan biri oldu.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: