Terrorçunun arvadının o cümləsi istintaqı "azdırdı"

Day.Az представляет новость на азербайджанском языке

"Reina" terrorçusu Abdulqadir Maşaripovun sağ olaraq tutulduğu əməliyyatın nəfəskəsici bir hekayəsinün üstü açılıb.

"Reina" hücumundan sonra bir müddət istintaq heç bir irəliləyiş əldə etmədi. Milli.Az hürriyet-ə istinadən xəbər verir ki, ta ki, terrorçunun "Reina"da izi itirmək üçün çıxardığı gödəkçəsinin cibindən çıxan SİM kartda olan bir nömrəni tapana qədər. O nömrəylə terrorçunun yoldaşının yeri təyin edilir. Həyat yoldaşı ərinin "Reina" basqınından sonra bir qadınla birlikdə evə gələrək 4 yaşlı uşağını da götürüb çıxdığını və bir daha əlaqə saxlamadığını deyir. Terrorçunun həyat yoldaşı: "Ərimin telefonunun batareyası bitmişdi. Mənim telefonumdan danışdı", - deyincə, dərhal o nömrə müəyyən edilir. O nömrədən Hataydaki İŞİD terrorçuları tapılır. Terrorçunun İstanbuldakı şəxslə əlaqəyə keçməsinə də məhz bu hadisə səbəb olur.

Bu vaxt terrorçunun Bayrampaşadakı bir GSM (nömrə satışı mərkəzi) bürosundan ardıcıl 8 nömrə aldığı təyin olunur. Bu nömrələrin böyük əksəriyyəti "kartof xətt" çıxır. Terroristin yoldaşı evlərinə gedib-gələn və əlaqə saxladıqları 7-8 adamın kod adını verir. Bu adlara yönəlik əməliyyatlar "Reina" terrorçusunun ətrafındakı "halqanın" daralmasına səbəb olur. Hatayda iki, İzmirdə isə bir İŞİD-çi nəzarətə alınır. Bunların İŞİD terrorçularının qaçışlarını təşkil edən şəxslər olduqları məlum olur.

Axtarışı asanlaşdıran hadisə

Bu aralar işləri asanlaşdıran bir şey olur. Terrorçunun özü ilə apardığı oğlu və misirli qadın (terrorçunun qaldığı evdə tutulan 3 qadından biri) marketə getmək üçün evdən çıxırlar. Misirli qadın ilə uşaq marketdə dərhal ələ keçirilirlər. Uşaq əcnəbi ölkə vətəndaşlığı olan uşaqların hüquqlarının qorunması səbəbilə başqa bir yerdə saxlanılır. Ardından Maşaripovun olduğu evə basqın təşkil edilir. Üç günlük müşahidə və telefonların dinlənilməsi zamanı evdə bombanın, "canlı bomba" planlarının olmadığı aydın olur.

İndi gələk misirli qadın ilə evdən çıxan iraqlı kişiyə... İraqlı terrorçu "Reina" terrorçusu ilə birlikdə Suriyaya qaçmağa hazırlaşan İŞİD-çi idi. Onlar istintaqçıları azdırmaq üçün İstanbuldan quru yolu ilə Çanaqqalaya, oradan İzmirə, İzmirdən isə Hatayla Suriyaya keçməyi planlaşdırıblarmış.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.