Taksilərə qarşı cəriməsiz reyd keçirildi

Day.Az представляет новость на азербайджанском языке

Qanunsuz taksi fəaliyyəti göstərənlərə qarşı növbəti reyd keçirilib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi ilə birgə apardığı reyddə sürücülər cərimələnməyib. Aidiyyəti qurumların məqsədi onları "fərqlənmə nişanı" almaları barədə maarifləndirmək olub.

Reyd paytaxtın Nizami rayonunda Qara Qarayev prospektində qanunsuz taksi fəaliyyətilə məşğul olanlara qarşı keçirilib.

Sürücülərə Bakıda yalnız 79 pasportlaşdıran dayanacaqda gözləməyin qanuni olduğu bildirilsə də, qarşı tərəf bununla razılaşmayıb. Aidiyyəti qurumlar qanunsuz taksi fəaliyyətilə məşğul olanların şikayətlərini dinləyib və əmin edib: metro stansiyaları, alış-veriş mərkəzləri, əhalinin sıx toplaşdığı digər ərazilərdə dayanacaqların quraşdırılması üzərində iş aparılır. İndi iki tərəfin də öhdəliyinə iş düşür. Taksi fəaliyyətilə məşğul olan sürücülər 18 manat dövlət rüsumu ödəyib "fərqlənmə nişanı" almalı, Bakı Nəqliyyat Agentliyi isə paytaxt ərazisində taksi dayanacaqlarının sayının artırılması işini sürətləndirməlidir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Taksilərə qarşı cəriməsiz reyd keçirildi