Biləsuvarda kişi su kollektorunda boğuldu

Day.Az представляет новость на азербайджанском языке

Biləsuvar rayonunda 48 yaşlı kişi su kollektorunda boğularaq ölüb.

Day.Az report-a istinadən xəbər verir ki, rayonun Mirbəşir Qasımov küçəsinin sakini Saleh Əlihüseyn oğlu Nəsirov Çaylı kəndində fermanın yaxınlığındakı su kollektorunda boğulub. Mərhumun meyiti sudan çıxarılaraq morqa təhvil verilib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.