"Bu üzük mənə uğur gətirir"

Day.Az представляет новость на азербайджанском языке

Bir neçə aydan sonra evlənməyə hazırlaşan Asena Tuğal və Şahin İrmak cütlüyü məkan axtarışındadırlar.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, yaz gəlməmiş toy etmək istəyən aktrisa ona yeni təkliflərin gəldiyini, lakin onları dəyərləndirə bilmədiyini bildirib.

Asenanın barmağındakı üzük də diqqətdən yayınmayıb. O, üzüyün anasından hədiyyə olduğunu qeyd edib:

"Bu üzüyü anam mənə verib. Çox düşərlidir. Ona görə barmağımdan çıxarmıram. Mənə uğur gətirir.

Qeyd edək ki, cütlük əvvəlcə toyu xaricdə etmək istəsə də, sonradan fikrindən daşınıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.