Mercedes aşdı: ər yaralandı, xanımı həlak oldu

Day.Az представляет новость на азербайджанском языке

Cəlilabad rayonunda yol qəzası baş verib. 

Day.Az "Report"a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı avtomobil sərnişin avtobusu ilə toqquşub. Nəticədə avtomobilin sürücüsü, əslən Zəngilan rayonundan olan, ancaq hazırda Bakıda yaşayan Musa Bayramov yaralanıb, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Həcər Xurşud qızı Bayramova isə aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.