Türkiyə parlamentində qadın deputatlar arasında dava

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə Böyük Millət Məclisində HDP-li və AKP-li qadın millət vəkilləri arasında dava düşüb.

Milli.Az "Daily Mail"ə istinadla bildirir ki, konstitusiyaya dəyişikliklərin təklif edildiyi əsnada icazə almadan kürsüyə çıxan və qolunu mikrofona qandallayan millət vəkili Aylin Nazlıakaya digər qadın vəkillər müdaxilə ediblər. Bundan sonra müzakirə böyüyüb və dava başlayıb. Bəzi qadın vəkillər bir-birlərinə hücum ediblər.

Aylin Nazlıakanın qandal etirazına son vermək istəyən qadın millət vəkili Gökcen Özdoğan Enç bəzi qadın və kişi vəkillər tərəfindən xəstəxanalıq edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Qadın deputatlardan parlamentdə BİABIRÇILIQ