Mikayıl Cabbarov Qafqaz Universiteti ilə bağlı əmr verdi

Day.Az представляет новость на азербайджанском языке

----------
17:17

Day.Az Trend-ə istinadən bildirir ki, İşçi qrupuna tapşırılıb ki, universitetdə təhsil alan tələbələrin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları bala, ixtisaslarına və tədris dilinə uyğun olaraq, habelə onların dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil alması nəzərə alınmaqla digər ali təhsil müəssisələrinə yerləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim etsinlər.

İşçi qrup Təhsil Nazirliyindən alınmış diplom və akademik arayış blanklarının saxlanılması, doldurulması, verilməsi və uçotu vəziyyətini araşdırsın, istifadə olunmamış blankların Nazirliyə qaytarılmasını təmin etsinlər, akademik məzuniyyətdə olan və ya müxtəlif səbəblərdən ali məktəbdən xaric olunmuş tələbələr barədə arayış hazırlasın, tələbələri və onların valideynlərini qəbul edib onlara müvafiq izahatlar versin, əvvəlki tədris illərində Qafqaz Universitetini müvəffəqiyyətlə bitirmiş məzunların adına yazılmış və universitetin arxivində saxlanılan diplom və diploma əlavələrin Nazirliyin arxivinə təhvil verilməsini təmin etsinlər.

İşçi qrupu Qafqaz Universitetinin fəaliyyəti dayandırılanadək zəruri əlaqələndirmə işlərini həyata keçirməlidir.

---------
15:48

Təhsil naziri Mikayıl Cabbarov Qafqaz Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupunun yaradılması barədə əmr imzalayıb.

Day.Az azvision.az-a istinadən xəbər verir ki, nazirin əmrinə əsasən, Qafqaz Universitetində təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi və bununla əlaqədar digər təşkilati işlərin yerinə yetirilməsi məqsədi ilə aşağıdakı tərkibdə İşçi qrup yaradılıb. 

İşçi qrupuna Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev rəhbərlik edir. İşçi qrupunun üzvləri Həmzağa Orucov - Qafqaz Universitetinin Tədris işləri üzrə prorektoru; Yaşar Ömərov - Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun baş məsləhətçisi; Günay Ələkbərova - Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun məsləhətçisi; Rasim Hüseynov - Təhsil Nazirliyinin Hüquq şöbəsinin sektor müdiri; Nazim Abbasov - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədrisin metodik təminatı və akkreditasiya bölməsinin müdiri; Bəxtiyar Namazov - Azərbaycan Texniki Universitetinin dosentidir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.