"Ətimizi tökməsin, bunu İlhamə Quliyeva etmişdi"

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Natavan Həbibi titullu ifaçıları tənqid edib.

Axşam.az-ın məlumatına görə, sənətçi "ATV maqazin onlarla" verilişinə açıqlamasında bildirib ki, mərhum xalq artisti İlhamə Quliyevadan sonra bəziləri özlərini ona oxşatmağa çalşır:

"Şou-biznes əhli arasında heç kim titul verməsin. Titul verən var idi, bunu İlhamə Quliyeva etdi. Bu təkrarçılığı kimsə etməsin, ətimizi tökməsin".

N.Həbibi bundan sonra heç bir həmkarını efirdə tərifləməyəcəyini deyib:

"Səhv edən insanların həyatımızda yeri olmayacaq, onları başqaları əvəzləyəcək. Özümə söz vermişəm ki, şou-biznesdə olan kimisə efirdə tərifləməyəcm. Çox şişirlər, elə bilirlər ki, tərifləyəndə elə helə olurlar".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.