Terrorçuların İstanbulda kəşfiyyat görüntüləri ortaya çıxdı

Day.Az представляет новость на азербайджанском языке

Tekirdağda biri ölü, biri sağ ələ keçirilən iki terrorçunun İl Təhlükəsizlik İdarəsi ətrafında müşahidə anıyla bağlı kamera qeydləri ortaya çıxıb.

Milli.Az haberler-ə istinadən bildirir ki, yanvarın 20-də İstanbul Polis İdarəsi və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul təşkilatının binasını qumbaraatandan atəşə tutan terrorçulardan polislə qarşıdurmada ölü ələ keçirilən DHKP-C üzvü Bilgehan Karpat ilə sağ tutulan Şərif Tinin Tekirdağ Təhlükəsizlik İdarəsi ətrafında hücum məqsədli kəşfiyyat apardıqları təyin olunub.

Təhlükəsizlik kameralarına əks olunan görüntülərdə Karpat və Şərif İl Təhlükəsizlik İdarəsindən əlli metr aralıdan keçərək müşahidə aparıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Terrorçuların İstanbulda kəşfiyyat görüntüləri ortaya çıxdı -1

Terrorçuların İstanbulda kəşfiyyat görüntüləri ortaya çıxdı