Tramp erməniləri "pat" etdi - PİSLİKLƏR UNUDULMAYACAQ

Day.Az представляет новость на азербайджанском языке

Son prezident seçkiləri kampaniyası zamanı ABŞ-da yaşayan erməni diaspor təşkilatları və erməni lobbisi bütün ağırlığı ilə Hillari Klintonu dəstəkləyirdi. Ermənilər seçkilərdə məhz Klintonun qalib gələcəyinə çox ümid edirdilər, hətta buna tam inanırdılar. Lakin seçkilərdə Donald Trampın qalib gəlməsi onları məyus etdi. Çünki seçki zamanı ermənilər Klintonun qələbəsinə o qədər əmin idilər ki, hətta Trampla hər hansı əlaqə yaratmaq barədə düşünmürdülər və onunla əməkdaşlığa dair hər hansı iş görməmişdilər. Ona görə də seçkilərdən sonra pərişan olub pat vəziyyətinə düşdülər.

Bunu Milli.Az-a "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov Donald Trampın prezident olmasından sonra ermənilərin ABŞ siyasətinə mümkün təsirlərini şərh edərkən bildirib.

Amma E.Ələsgərovun sözlərinə görə, ermənilər seçkilərdən sonra yenə də özlərinə xas ampluada çıxış edərək guya Trampı dəstəklədiklərinə və onunla əməkdaşlığa çalışdıqlarına dair bəyanatlar verdilər: "Lakin ermənilər məyusdurlar. Əvvəla, onlar Trampa "soyqırım" dedirtmək məsələsində heç bir iş görməmişdilər, ikincisi, Trampı, onun işlərini ciddi tənqid etdiklərinə görə qorxurlar. Əlbəttə ki, yeni administrasiya ermənilərin bu fəaliyyətini unutmayacaq.

Uzun müddətdir ki, ABŞ-ın "soyqırım" sözünü dilə gətirməklə Ermənistandakı vəziyyətə təsir edə bilməsi və Ermənistanda Amerikanı dəstəkləyən mövqelər əldə edəcəyinə dair erməni diasporuna olan ümidləri həyata keçmədi. Amerikadakı erməni diasporu Ermənistana təzyiq kimi istifadə olunsa da, uğur qazanılmadı, Ermənistan yenə də Rusiya ilə inteqrasiyaya getdi, hətta birgə hərbi birləşmələr yaratdılar. Bununla da ABŞ-dakı erməni diasporunun rolu çox aşağı düşdü. Yeni administrasiya da bunu başa düşür və əlbəttə ki, yenə də bunu canlandırmağa çalışacaq.

Lakin erməni diasporunun Trampa qarşı çıxış etməsi, faktiki olaraq onun namizədliyinin əleyhinə çıxması, təbii ki, bu münasibətlərə mənfi təsir edəcək. Ona görə də aprel ayında ermənilərin həmişə canfəşanlıqla gözlədiyi gün ABŞ prezidenti tərəfindən "soyqırım"la bağlı heç nə səslənməyəcək".

Ekspertin fikrincə, Ken Nahiqyan adlı erməninin Trampın yeni adminstrasiyasında yer alması və Ken və Kit Nahiqyan qardaşlarının "Nahigian Strategies" şirkətinin onu dəstəkləməsi də bu məsələyə ciddi təsir etməyəcək:

"Əlbəttə ki, Tramp erməni seçicilərin də səsini qazanmaq istəyirdi. Lakin o, Nahiqyanı yanına cəlb etməklə bir nəticə əldə etmədi. İndi ermənilərin ABŞ-ın yeni administrasiyasında təmsil olunmasının yalnız bir tərəfi var. Belə ki, ermənilər maliyyə dəstəyi istəyirlər. Onlar bu maliyyəni mənimsəyib əvəzində Trampa qarşı fəaliyyət göstərə bilərlər".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları aşağıdakı resurslardan da əldə etmək mümkündür:

http://bakunetwork.com

Bizi Facebook-dan, Twitter-dən və Youtube-dan izləyin.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.