Bakı metrosunda görünməmiş sıxlıq

Day.Az представляет новость на азербайджанском языке

Həftəiçi adətən səhər saat 8-dən sonra Bakı Metropoliteninin stansiyalarında sıxlığın şahidi olmağa vərdiş etmişik desək, yanılmaram.

Lakin bu gün daha tez bir vaxtdan etibarən Bakının bütün metro stansiyalarında sərnişin sıxlığı əvvəlki günlərdən daha çox hiss olundu. "Həzi Aslanov" istiqamətindən "İçərişəhər" və "Dərnəgül" stansiyasına doğru hərəkətdə olan qatarlara minmək istəyən sərnişinlərin platformadakı "yarışı" görənləri heyrətləndirib. Müxtəlif yaş qrupuna aid olan insanların qatarlara minmək üçün apardıqları mücadilə onlar arasında söz-söhbətsiz də ötüşməyib.

Bu vaxta kimi heç vaxt müşahidə etmədiyim bu sərnişin sıxlığının səbəbi hələlik məlum deyil.

Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.