"WhatsApp" istifadəçilərinə xoş xəbər

Day.Az представляет новость на азербайджанском языке

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan "WhatsApp" yenilik (2.17.1) edib.

Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, yeniliyə əsasən, artıq telefonunuzda internet şəbəkəsi itdiyi anda da "mesajı göndər" işarəsinə basmaq mümkün olacaq. (Bu problem əsasən qatar tuneldə ikən baş verir)

Qeyd edək ki, sözügedən yenilik İOS platformalı telefonlar üçün nəzərdə tutulub. Həmçinin, bu yeniliklə eyni anda 30 şəkil göndərmək funksiyası da aktivləşib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.