Xızıda ağır QƏZA: ölənlər və yaralananlar var

Day.Az представляет новость на азербайджанском языке

Xızı rayonunda ağır yol qəzası baş verib. Xızı-Giləzi yolunda "Mercedes" markalı, 10 UR 753 dövlət nömrə nişanlı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb.

Xızı rayonunda baş vermiş dəhşətli qəzada ölənlərin və yaralılardan ikisinin şəxsiyyəti müəyyənləşib. Milli.Az xəbər verir ki, Rayon Polis Şöbəsindən lent.az-a bildirilib ki, yanvarın 23-də saat 22 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində Bakı şəhər sakini Bəhməniyar Məmmədqasımovun idarə etdiyi "Mercedes" markalı avtomobilin aşması nəticəsində sürücü və Elçin adlı sərnişini vəfat edib. Sərnişinlərdən 1979-cu il təvəllüdlü Allahyarov Eldəniz Eldar oğlu və 1964-cü ildə anadan olmuş Nəzərov Əfqan Mirzə oğlu isə Sumqayıt Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına aparılıb. Vəziyyəti daha ağır olan digər iki sərnişinin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Xızı RPŞ tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.