Bakıda maestro Niyaziyə abidə ucaldılıb

Day.Az представляет новость на азербайджанском языке

Milli.Az xəbər verir ki, Bakıda Prezident Adminstrasiyası ilə Dövlət İdarəçilik Akademyasının arasındakı parkda maestro Niyazinin heykəli qoyulub.

Hələlik abidənin üstü örtülüdür və parkda onun açılışı ilə bağlı son hazırlıq işləri görülür.

Heykəlin üzərində Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə xalq rəssamı Ömər Eldarov birgə işləyiblər. E.Qasımzadənin bir müddət əvvəl verdiyi açıqlamaya görə, Niyazinin heykəlində onun musiqi sevgisi və aqressiyası əks olunacaq.

Qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2016-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında demişdi ki, heykəlin açılışı yeni ilin ilk aylarında olacaq. Nazirin sözlərinə görə, bir sıra xarici ölkələrdə də Azərbaycanın görkəmli mədəniyyət adamlarının abidəsi ucaldılacaq.

Xatırladaq ki, məşhur azərbaycanlı dirijor və bəstəkar, SSRİ Xalq Artisti, SSRİ Dövlət Mükafatı laureatı, 2-dəfə Stalin mükafatı və 2-dəfə Lenin ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyov 1912-ci ildə avqustun 20-də Tiflis şəhərində tanınmış azərbaycanlı bəstəkar Zülfüqar Hacıbəyovun ailəsində dünyaya gəlib. O, 1984-cü ildə avqustun 2-də Bakıda dünyasını dəyişib.

Əlavə edək ki, Prezident İlham Əliyev 2012-ci ildə Niyazinin 100 illik yubileyinin qeyd edilməsi barədə sərəncam imzalamışdı və buna uyğun tədbirlər həyata keçirilmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.