Universitet tələbəsinin qatili bacısı çıxdı

Day.Az представляет новость на азербайджанском языке

Hatayın Hassa mahalında yatağında tapançayla başından vurulmuş halda tapılan universitet tələbəsi cinayətinin sirri açıldı.

Day.Az "haberler"ə istinadən bildirir ki, Hatayda yatağında tapançayla başından vurulmuş halda tapılan universitet tələbəsinin qatili bacısı çıxdı. Cinayətin ardından Suriya sərhədinə qaçan qatil bacı Çakmakı, acınca çörək istədiyi qadın "satdı".

YATARKƏN BAŞINDAN VURDU

Əldə edilən məlumata görə, Akbez Məhəlləsində 13 Fevralda Tuğba Ç. (28), universitet tələbəsi qardaşı Mustafa Şimşəki (24) evlərində yatarkən tapançayla atəş açaraq başından vurdu. Şimşək, hadisə yerində həyatını itirərkən, cinayətdən 2 həftə əvvəl ikinci evliliyini etdiyi ancaq psixoloji problemləri olduğu bildirilən bacı Tuğba Ç. hadisə gecəsi itkin düşdü. Polis tərəfindən də hər yerdə axtarılan gənc qadın, bu gün səhər saatlarında Çınarbaşı Məhəlləsində uşaqlarını məktəbə aparan bir qadından yemək istədi. Həyəcanlı halda olan Tuğba Ç, gizləndiyi bir anbarda tutuldu.

ACINCA ÇÖRƏK İSTƏDİYİ QADIN XƏBƏR VERDİ

Akbez Polis Şöbəsinə gətirilən gənc qadının evindən ayrıldıqdan sonra Suriya sərhədinə qaçdığı, qayalıq bölgədə gecəni keçirdikdən sonra acanda Çınarbaşı Məhəlləsinə gəldiyi öyrənildi.

Xəyal Abdullayev

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.