Fransalı senator: "Azərbaycanın işğal olunmuş ərazilərində "referendum"u heç kim legitim hesab edə bilməz"

15 февраля 2017 17:02

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı seçkinin və ya referendumun keçirilməsini heç kim legitim hesab edə bilməz.

Day.Az xəbər verir ki, bu sözləri Trend-ə Fransa Senatının xarici işlər komitəsinin sədr müavini Natali Qule deyib.

Fevralın 20-nə təyin olunmuş qondarma dövlətin "konstitusiyasında dəyişikliklərlə bağlı referendum"u şərh edən senator deyib ki, tarixi faktların saxtalaşdırılması yeni həqiqəti yaratmayacaq və Dağlıq Qarabaq münaqişəsini həll etməyəcək.

N.Qule onu da əlavə edib ki, "Dağlıq Qarabağ Respublikası" mövcud deyil və hətta Ermənistan da Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin müstəqilliyini tanımır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.