Qafqaz Universitetinin ləğvetmə komissiyası işini başa çatdırdı

15 февраля 2017 17:06

Day.Az представляет новость на азербайджанском языке

Sabahdan Qafqaz Universitetinin tələbələri yeni yaradılan Bakı Mühəndislik Universitetinin tələbələri kimi tədrislərini davam etdirəcəklər.

Day.Az xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov APA-ya bildirib ki, Qafqaz Universitetində yaradılan Ləğvetmə komissiyasının rəyi ilə təhvil-təslim prosesi dünən tam başa çatıb: "Ləğvetmə komissiyası artıq işini başa çatdırıb. Bütün müvafiq sənədlər Bakı Mühəndislik Universitetinə təhvil verilib. Sabahdan da Qafqaz Universitetinin tələbələri Bakı Mühəndislik Universitetində tədrisə - II semestrə başlayacaqlar".

C.Valehov 2016/2017-ci tədris ili üzrə qış imtahan sessiyalarının nəticələri barədə də məlumat verib. Hazırda ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyasının nəticələri, qarşıya çıxan problemlərlə bağlı ümumiləşdirmələrin aparıldığını deyən nazirlik rəsmisinin sözlərinə görə, təhlillər aparıldıqdan sonra ayrı-ayrı təhsil müəssisələrinin nəticələri Təhsil Nazirliyinin müvafiq şöbəsinə təqdim olunacaq:

"Qış imtahan sessiyasının təşkili ilə bağlı təhsil naziri Mikayıl Cabbarovun əmri olub və buna  müvafiq olaraq ictimaiyyət nümayəndələri, media kapitanları, millət vəkilləri imtahanları izləyiblər. İmtahan sessiyasında onların iştirak etməsi bu prosesin şəffaflığına işarədir. Nazirliyin "Qaynar xətt"inə daxil olan müraciətlər də təhlil edilir, ümumiləşdirilir. Son illər əvvəlki illərlə müqayisədə ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyası dövründə neqativ hallar, qeyri-qanuni ödənişlərin olması ilə bağlı müraciətlərin sayı xeyli azalıb və  keyfiyyət dəyişiklikləri baş verib".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.