Bolqarıstan səfiri: "Cocuq Mərcanlı kəndində Azərbaycan xalqının vətənpərvərlik ruhunu hiss etdik"

Day.Az представляет новость на азербайджанском языке

İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfərin təşkili yaxşı ideya idi.

Day.Az-ın report-a istinadən məlumatına görə, bunu Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova Azərbaycanda qeydiyyatdan keçmiş diplomatik missiya rəhbərlərinin erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini ziyarəti zamanı deyib.

Onun sözlərinə görə, bu yerin ruhu səfirləri heyran edib: "Bu qədər uzun müddətdə buranı tərk etməyən ailə Azərbaycan xalqının öz torpağına olan sevgisini göstərir. Bu, vətənpərvərlik hissidir və biz onu hiss etdik".

Səfir Azərbaycana ən xoş arzularını çatdırıb və gələcəkdə kənddə daha çox insan və ev görəcəyinə ümidvar olduğunu deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.