Tünzalə Ağayeva efirdə hönkürüb ağladı

Day.Az представляет новость на азербайджанском языке

ARB TV-nin "Gəlin Danışaq" verilişinin növbəti qonağı əməkdar artist Tünzalə Ağayeva olub.

Day.Az xəbər verir ki, səmimi və maraqlı açıqlamalar verən əməkdar artist, özünün kəşf etdiyi və 3 il öncə vəfat edən Sura Əsgərli ilə birlikdə duetinə çəkilən klip görüntülərini izləyərkən göz yaşlarını saxlaya bilməyib:

"Allah yerini cənnət eləsin. Heç nə deyə bilmərəm. Nur içində yatsın. Çox istedadlı bala idi. Onu zorla aparıb klipi çəkdik. Hər bir anı mənim üçün əzizdir. Çox qınayıram özümü, onu hər dəfə elə görəndə. Mən onun yanında daha çox ola bilərdim, amma ola bilmədim. İçimdən çox "kaş ki"lər keçir".

Qeyd edək ki, "Gəlin danışaq" proqramı həftə içi 5 gün saat 11:00-da ARB TV-də yayımlanır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Tünzalə Ağayeva efirdə hönkürüb ağladı: