BƏƏ-dən Qəbələyə birbaşa reyslər açılacaq

Day.Az представляет новость на азербайджанском языке

"FlyDubai" aviaşirkəti yayda Birləşmiş Ərəb Əmirliklərindən Qəbələyə birbaşa uçuşlar həyata keçirəcək.

Trend-in məlumatına görə, uçuşlar 2017-ci il iyunun 22-dən sentyabrın 17-dək həftədə iki dəfə (cümə axşamı və bazar günləri) həyata keçiriləcək.

Qəbələ, "FlyDubai" aviaşirkətinin Bakıdan sonra uçuşlar həyata keçirdiyi ikinci Azərbaycan şəhəri olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.