Rusiya səfiri: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə daha ciddi məşğul olmalıyıq"

15 февраля 2017 18:23

Day.Az представляет новость на азербайджанском языке

Bizim səfərimiz bir tərəfdən professional xarakter daşıyır, burada informasiya alırıq, amma digər tərəfdən bunun emosional tərəfləri də var.

Day.Az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri bir qrup səfir və beynəlxalq təşkilat nümayəndələri ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

O bildirib ki, münaqişə barədə kağızlardan oxumaq və ya çıxışları dinləməkdən fərqli olaraq, orada öz gözləri ilə hər şeyi görür, insanlarla danışırlar:

"Bu, təbii ki, bir daha o mesajı verir ki, biz münaqişənin həlli ilə daha ciddi məşğul olmalıyıq.  Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi çox iş görür və biz digər həmkarlarımızla birlikdə bunu etməyə davam edəcəyik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.