Fərdi qaydada təbii qazla təmin olunmayan məcburi köçkünlərin siyahısı hazırlanır

Day.Az представляет новость на азербайджанском языке

Faktiki olaraq müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxanalar, müalicə pansionatları və digər binalar) yaşayan və fərdi qaydada təbii qazla təmin olunmayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin siyahısı yaxın zamanlarda müvafiq orqanlara təqdim olunacaq.

Day.Az xəbər verir ki, bu sözləri Trend-ə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.

 

O bildirib: "Biz dövlət başçısının imzaladığı "Məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə birdəfəlik aylıq müavinətin müəyyən edilməsi barədə" fərmana dəyişikliklərlə bağlı məsələlərin tez bir zamanda həll olunması üçün hər şeyi edirik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.