Jurnalistləri canlı efirdə güllələdilər

Day.Az представляет новость на азербайджанском языке

Dominikanda yerli radiostansiyanın canlı efiri zamanı jurnalistlər güllələnib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bir qrup şəxs studiyaya daxil olub və əməkdaşlara atəş açmağa başlayıb.

Güllə səsləri onlayn yayıma da eşidilə biləcək səviyyədə düşüb.

Luis Medina xanımı ilə

 

Silahlı hücum zamanı aparıcı Luis Manuel Medina və prodüser Leo Martines ölüb, bir jurnalist isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Hadisəni törədən 3 şəxs saxlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Jurnalistlər canlı efirdə güllələndi