Hadisə saniyədə 16 min qazandı - FOTOLAR

15 февраля 2017 19:39

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin məşhur müğənnisi Hadisə sərvətinə, sərvət qatdı

Day.Az "takvim"ə istinadən bildirir ki, marka üzü olduğu firma üçün 31 saniyəlik reklam çarxına çəkilən popçu, iddialara görə 500 min lira alıb.

Ölkə içi və ölkə xaricindəki sərvətinə sərvət qatan Hadisə, yeni bir gəlir qaynağı olaraq gördüyü reklam sektoruna yaxşıca alışdı.

Daha əvvəl corab, telekom, qida, kosmetik sahəsində markaların reklam çarxlarında rol alan Hadisə, indi də bir toyuq firmasının marka üzü oldu.

Ən son reklam müqaviləsindən 1 milyon 200 min alan gözəl popçu, mətbəxdə hünərlərini sərgilədiyi markanın 31 saniyəlik reklamlarından isə iddiaya görə 500 min lira qazanıb.

Hadisə, beləcə saniyədə 16 min lira qazanmış oldu...

Qeyd edək ki, keçən ay da bir mebel firmasının 43 saniyəlik reklam çarxında oynayan Demet Akalın isə kampaniya üçün iddiaya görə, 650 min lirəyə razılaşmışdı.

Xəyal Abdullayev

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.