Dünyanın danışdığı Nüsrətin Dubayda tanış olduğu sevgilisi - FOTOLAR

15 февраля 2017 20:04

Day.Az представляет новость на азербайджанском языке

Məşhur aşpaz Nüsrət Gökçənin sevgilisi ortaya çıxdı

Day.Az "Haberler"ə istinadən bildirir ki, iddiaya görə Gökçə, Fransız bir gözəllə eşq yaşayır. İş həyatındakı müvəffəqiyyəti qədər sosial şəbəkə hesabından etdiyi paylaşımlarla da tez-tez gündəmə gələn Nüsrət Gökçə, könlünü Fransız gözələ qapdırıb.

Gökçə, Dubaydakı bir media şirkətində çalışan Candy Denat ilə birlikdə yaşayır.

Təxminən 1 il əvvəl Dubayda tanış olan ikilinin dostluğu zamanla eşqə çevrilib.

Cütlük ötən ay, məşhur bir italyan geyim markasının Dubaydakı açılış mərasiminə birlikdə qatılıb.

Nüsrətin Dubayda yaşayan sevgilisinə tez-tez sürprizlər etdiyi danışılır.

Xəyal Abdullayev

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.