Rusiyadan Trampın açıqlamasına REAKSİYA

Day.Az представляет новость на азербайджанском языке

Rusiya Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın Krıma aid açıqlamasının "narahatedici" olaraq səciyyələndirdi.
 
Milli.Az TRT-yə istinadən xəbər verir ki, Dumanın Beynəlxalq Münasibətlər Komitəsinin sədri Leonid Slutskiy rus mətbuatına verdiyi müsahibədə Trampın Krımın Ukraynaya qaytarılmasına dair dünən verdiyi açıqlamasının Rusiya və ABŞ münasibətləri baxımından "narahatedici" olduğunu söylədi.
 
Rusiya və ABŞ münasibətlərinin inkişafının hələ də ehtimala əsaslandığını qeyd edən Slutskiy: "Lakin bu növ bəyanatlar Tramp və komandası haqqındakı yüksək gözləntilər üzərində soyuq duş effekti yaradır" ifadələrini işlətdi.
 
Krıma aid açıqlamaların ABŞ-ın bir sıra qurumu tərəfindən dəstəkləndiyinin fərqində olduqlarını bildirən Slutskiy: "Bu səbəbdən Trampın prezidentliyinin ilk dövrlərində ölkənin elitasına qarşı olmasını da gözləyə bilmərik" dedi.
 
Qeyd edək ki, dünən Ağ Ev sözçüsü Sean Spicer Trampın Rusiya hökumətindən Ukraynadakı zorakılığı azaldılmasını və Krımı qaytarılmasını gözlədiyini deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.