Türkiyə Avropa çempionatına namizəd olacaq

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə 2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək istəyir.

Day.Az goal.az-a istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirören idman naziri Akif Cağatay Kılıçla keçirdiyi mətbuat konfransında martın 2-də turnirə ev sahibliyi üçün namizədliyini irəli sürəcəklərini açıqlayıb.

"Avropa və dünyada 32-ə qədər stadion tikintisinə görə nümunəvi ölkəyik. İllərdir irəli sürülən namizədliklər 1 səslə reallaşmırdı. İndi buna layiq olduğumuzu düşünürəm", - Demirören deyib. Akif Çağatay Kılıç isə ölkədə inşa edilən stadionlara görə Avropada lider olduqlarını dilə gətirib. O, Türkiyənin daxili potensial hesabına istənilən nüfuzlu turniri təşkil etmək gücündə olduğunu qeyd edib.

 

AVRO-2024-ə namizəd ölkələrdən müraciətin qəbulu martın 3-ə kimi aparılacaq. UEFA namizədləri rəsmən martın 10-da açıqlayacaq. Aprelin 27-ə kimi namizəd ölkələr təkrar qeydiyyatdan keçməlidir. AVRO-2024-ün ev sahibi olacaq ölkənin adı sentyabrda açıqlanacaq. Burda Türkiyənin Almaniya, Hollandiya, Estoniya - Rusiya kimi rəqibləri ola bilər. Türkiyənin AVRO-2016-ya ev sahibliyi üçün 1 səs çatışmamışdı. AVRO-2020-nin oyunları isə Avropanın 13 şəhəri arasında bölüşdürülmüşdü.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.