Azərbaycanda qatar minik avtomobili ilə toqquşdu: bir ailənin 3 üzvü öldü

15 февраля 2017 20:48

Day.Az представляет новость на азербайджанском языке

Saatlı rayonunda ağır yol qəzası baş verib.

Day.Az-ın APA-ya istinadən məlumatına görə, insident rayonun Sarıcalar kəndində qeydə alınıb.

Teplovozla minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. İlkin məlumata əsasən, ölənlər bir ailənin üzvləridir.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İnsidentin səbəbləri araşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.