Piylənmədən daha çox qadınlar əziyyət çəkirlər

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda 4401 nəfər piylənmə diaqnozu ilə qeydiyyatdadır.

Day.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən report-un sorğusuna cavab olaraq bildirilib ki, müalicə-profilaktika müəssisələrində piylənmə diaqnozu ilə qeydiyyatda olan kişilərin sayı 1870, qadınların sayı isə 2531 nəfərdir.

 

Piylənmədən əziyyət çəkənlər arasında 18 yaşadək olanların sayı 1327 nəfərdir. Bu yaşda piylənmədən əziyyət çəkənlər arasında oğlanlar üstünlük təşkil edirlər. Belə ki, qeydiyyatda olanlardan 724-ü oğlan, 603-ü isə qızdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.