Kim Çen Inın qardaşının qətli: daha bir qadın tutuldu

Day.Az представляет новость на азербайджанском языке

Malayziya polisi Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşını öldürməkdə şübhəli bilinən ikinci qadını saxlayıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, onun adı hələ ki, açıqlanmır.
 
Ötən gün Kuala-Lumpurda Kim Çen Namın ölümü ilə əlaqədar 1988-ci il təvəllüdlü Vyetnam vətəndaşı olan qadın həbs olunub.
 
Malayziya polisi bundan əvvəl Şimali Koreyanın liderinin qardaşı Kim Çen Namın hava limanında öldüyünü təsdiqləyib.  Onun ölümünün dəqiq səbəbi hələlik müəyyən edilməyib. İlkin versiyaya əsəsən, 46 yaşlı Kim Çen Namı Kuala-Lumpur hava limanında iki qadın zəhərləyib.  
 
ABŞ hökumətindəki mənbə Kim Çen Namın KXDR xüsusi xidmət orqanlarının casusları tərəfindən qətlə yetirildiyini bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.